Azərbaycan Ordusunun komando bölmələri döyüş atışlı məşğələlərə başlayıb - VİDEO

Xəbərlər

14.10.2023 - 13:49

Müdafiə Nazirliyi məşğələlər barədə məlumat yayıb

Cari ilin hazırlıq planına uyğun olaraq Əməliyyat (Komando) bölmələrində döyüş atışlı məşğələlər keçirilir.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təlim atış çalışmaları üzrə tapşırıqları yerinə yetirən bölmələr təyin olunmuş hava hədəflərini zenit-raket kompleksindən istifadə etməklə yüksək dəqiqliklə məhv ediblər.

Keçirilən məşğələlərdə qarşıya qoyulan bütün tapşırıqlar komandolar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş