Nazirlik hərbçinin yaxınlarına başsağlığı verib
Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş yol qəzası nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ərəblinski Vahid Mahir oğlu həlak olub.
Müdafiə Nazirliyindən AYNA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.
"Nazirliyin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.