Azərbaycan ordusunun hərbçisi həlak olub

Xəbərlər

14.07.2022 - 09:31

cedabet dərman SEO Xidməti

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb

Azərbaycan Ordusunun əsgəri özünü güllələyərək intihar edib. Bu barədə AYNA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, iyulun 13-ü saat 23 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Manafzadə Ruslan Şərif oğlunun avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş