Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb

Xəbərlər

10.03.2023 - 21:17

Fakt üzrə Gəncə hərbi prokurorluğunda cinayət işi başlanılıb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

Bunu AYNA-ya açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş