Azərbaycan Ordusunda valideyn görüşləri qadağan edildi

Cəmiyyət

14.03.2020 - 17:57

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyində müşavirə keçirilib 

 

Azərbaycan Ordusunda valideyn görüşləri dayandırılıb.

 

AYNA-nın xəbərinə görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib. 

 

Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədi ilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.

 

Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş