Azərbaycan Ordusu daha 13 kəndi işğaldan azad edib

Xəbərlər

28.10.2020 - 16:41

Prezident İlham Əliyev kəndlərin adlarını elan edib

 

Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni ərazilərin adlarını açıqlayıb. AYNA xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”də paylaşım edib.

 

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”, - deyə Prezident qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş