Azərbaycan Ohanyan barəsində axtarış elan edib

Xəbərlər

23.11.2020 - 13:14

Həkimlər Klinikalar SEO Xidməti

Ermənistanın sabiq müdafiə naziri haqqında həbs-qətimkan tədbiri seçilib

 

Azərbaycan hüquq-mühafizə orqanları Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan barəsində axtarış elan edib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 103-cü (soyqırımı) maddəsi ilə cinayət işi başlanıb.

 

Təqdimata noyabrın 11-də Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin icraatında baxılıb.

 

Təqdimat məhkəmə tərəfindən təmin edilib və S. Ohanyan barəsində qiyabi həbs-qətimkan tədbiri seçilib. S. Ohanyanın saxlanılması üçün barəsində beynəlxalq axtarış elan edilib.

 

AYNA xəbər verir ki, Bakı Hərbi Məhkəməsindən APA -ya faktı təsdiqləyiblər. Bildirilib ki, S. Ohanyan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və o, beynəlxalq axtarışa verilib.

 

Qeyd edək ki, 58 yaşlı keçmiş nazir Şuşada doğulub. Təhsilini Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində alıb.

 

S. Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.

 

Onun və oğlunun Qarabağdakı son döyüşlərdə yaralanması barədə məlumatlar yayılıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş