Azərbaycan neftinin qiyməti bahalaşıb

İqtisadiyyat

27.05.2022 - 11:47

“Azeri Light” 126 dollara yaxınlaşır

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,31 dollar azalaraq 117,09 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar ucuzlaşaraq 113,79 dollar olub.

Azərbaycan neftinin qiyməti isə bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,94 dollar artaraq 125,75 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

Müəllif: Ayna.az