Azərbaycan neftinin qiyməti 86 dolları ötüb

İqtisadiyyat

26.01.2024 - 09:28

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,99 ABŞ dolları, yaxud 1,16 % artaraq 86,33 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 82,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az