Rusiya pomidor idxalı ilə bağlı Azərbaycana qoyduğu məhdudiyyəti ləğv edib

İqtisadiyyat

24.12.2020 - 03:14

Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək

 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın daha 12 müəssisəsindən pomidor idxalına icazə verib.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu “Rosselxoznadzor”un rəhbərinin müavini Anton Karmazin deyib.

 

Onun sözlərinə görə, pomidor Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə Cənubi Afrika güvəsi aşkar edilməmiş Azərbaycan rayonlarından idxal ediləcək.

Müəllif: Ayna.az