Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

İqtisadiyyat

05.10.2024 - 09:27

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,43 ABŞ dolları, yaxud 1,79 % artaraq 81,47 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 78,05 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az