Azərbaycan neftinin qiyməti 67 dollara yaxınlaşıb

İqtisadiyyat

06.12.2025 - 11:24

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.41 ABŞ dolları və ya 0.62% artaraq 66.95 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 66.54 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş