Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat

07.07.2022 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light”ın bir bareli 114 dollardan baha satılır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,54 dollar artaraq 101,23 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar bahalaşaraq 99,11 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,11 dollar azalaraq 114,61 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.

 

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş