Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

09.05.2024 - 12:26

“Azeri Light”ın bir bareli 85 dollardan baha satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

AYNA xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti ötən günlə 0,66 ABŞ dolları və ya 0,8% artaraq 85,21 dollar təşkil edib.

“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az