Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat

21.01.2023 - 09:20

Azərbaycan neftinin qiyməti 90 dollara yaxınlaşır

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları, yaxud 1,33 % artaraq 89,91 ABŞ dolları təşkil edib.

AYNA xəbər verir ki, hərraclarda “Brent” markalı neftin mart fyuçersləri 87,63 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az