Azərbaycan nefti 72 dollardan baha satılır

İqtisadiyyat

21.12.2021 - 12:38

Həkimlər Klinikalar SEO Xidməti

Dünya bazarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiymətləri müxtəlif istiqamətlərdə dəyişib.

AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,85 dollar bahalaşaraq 72,37 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,63 dollar ucuzlaşaraq 68,23 dollar olub.

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,46 dollar azalaraq 72,04 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş