Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

İqtisadiyyat

17.09.2021 - 18:17

Həkimlər Klinikalar SEO Xidməti

Uçot dərəcəsi 6,25%-dən 6,5% səviyyəsinə yüksəldilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsini yüksəltməsi haqqında qərar qəbul edib.

AYNA-nın xəbərinə görə, bu barədə AMB-nin məlumatında deyilir.

Uçot dərəcəsi 6,25%-dən 6,5%-ə, faiz dəhlizinin aşağı həddi 5,75%-dən 6%-ə, faiz dəhlizinin yuxarı həddi isə 6,75%-dən 7%-ə səviyyəsinə yüksəldilib.

Xatırladaq ki, faiz dәhlizinin parametrlәrinә dair növbəti qərarlar 29 oktyabr və 17 dekabr tarixlərində nəzərdə tutulub.

Qeyd edək ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş