"Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir" - İlham Əliyev

Siyasət

06.10.2023 - 22:58

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Azərbaycan-İran dostluğu və əməkdaşlığı bütün bölgə üçün önəmli amildir.

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfdən həmsədri Mehrdad Bəzrpaşı qəbul edərkən bildirib.

 

İkitərəfli münasibətlərimizin gündəliyinin yalnız nəqliyyat sektorunu deyil, eyni zamanda, daha geniş sahələri əhatə etdiyini deyən Azərbaycan Prezidenti Hökumətlərarası Komissiyanın fəaliyyətini yüksək qiymətləndirib, bütün sahələr üzrə yaxşı nəticələrin əldə edildiyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş