Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb

İdman

27.05.2022 - 21:08

13-16 yaş qrupunda mübarizə aparan idmançı 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə 1-ci yeri tutub

Azərbaycan gimnastı Bilal Qurbanov İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə 3-cü “Aere Trampoline Cup” beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından AYNA-ya verilən məlumata görə, 13-16 yaş qrupunda mübarizə aparan idmançı 48,500 xalla bütün rəqiblərini üstələyərək tamblinq üzrə 1-ci yeri tutub.

Bu yaş qrupunda batut üzrə sinxron cütlüklər arasında təsnifat mərhələsində Hüseyn Abbasov və Maqsud Mahsudov 1-ci, Nicat Mirzəyev və Əli Niftəliyev 4-cü pillədə qərarlaşaraq finala adlayıb.

Fərdi proqramda təsnifat mərhələsində isə Maqsud Mahsudov 1-ci, Hüseyn Abbasov 5-ci, Nicat Mirzəyev 6-cı yerin sahibi kimi həlledici raunda vəsiqə əldə edib.

Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb Azərbaycan gimnastı İtaliyada qızıl medal qazanıb
Müəllif: Ayna.az