“Azərbaycan ABŞ-ın Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir”

Siyasət

25.09.2019 - 14:41

Elmar Məmmədyarov: “Ölkəmizdə inkişaf etmiş biznes və investisiya mühiti ABŞ-Azərbaycan işgüzar dairələri arasında əlaqələr yaratmaq üçün yeni imkanlar açır”

 

Azrbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov “2019 Xəzər Biznes Forumu”nda çıxış edib. AYNA nazirin çıxışını təqdim edir:

 

““2-ci Xəzər Biznes Forumu”na ev sahibliyi etdiyinə görə Xəzər Siyasət Mərkəzinə təşəkkürümü bildirmək istəyirəm. Bu ənənəvi tədbir, ABŞ-da qərar qəbul edənlər, dövlət və özəl sektor rəhbərləri üçün strateji Xəzər regionu ilə əlaqələr yaratmaq, biznes və investisiya imkanları haqqında daha çox məlumat əldə etmək üçün əlverişli platformaya çevrilir.

 

Son 30 ildə enerji təhlükəsizliyi, terrorizm və transmilli təhdidlərə qarşı mübarizə sahələrindəki strateji fəaliyyətimiz daxil olmaqla, Azərbaycan ABŞ-ın bölgədəki etibarlı tərəfdaşı olub. 

 

Azərbaycan Asiya ilə Avropa arasındakı təbii körpü olaraq, ABŞ-ın Mərkəzi Asiya və Əfqanıstana bağlantısını təmin edən əsas ölkədir, eyni zamanda ABŞ-ın Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır. 2018-ci ildə ikitərəfli ticarətimiz 860 milyon ABŞ dollarını ötüb - əvvəlki ilə nisbətən 10% artım olub.

Ayna.az