Aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Tel-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edəcək. AZAL-dan AYNA-ya verilən məlumata görə, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.
Aviabiletləri rəsmi saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz.