Təxirə salınmış Bakı-Naxçıvan-Bakı reysləri bərpa olunub
Azərbaycan Hava Yolları (AZAL) son günlər əlverişsiz hava şəraiti səbəbindən təxirə salınmış Bakı-Naxçıvan-Bakı reyslərini bərpa edib.
AZAL-dan AYNA.AZ-a verilən məlumata görə, sözügedən marşrut üzrə uçuşlar ştat rejimdə icra olunmağa davam edir.
Qeyd edək ki, sərnişinlərin təhlükəsizliyi AZAL üçün daim ən vacib prioritet olaraq qalır və bu istiqamətdə bütün zəruri tədbirlər həyata keçirilir.