AZAL Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib

Xəbərlər

17.02.2021 - 15:48

Həkimlər Klinikalar SEO Xidməti

Hava gəmisinə yalnız bu şəxslər buraxılacaqlar

 

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Moskva reyslərinin sərnişinlərinə müraciət edib.

 

AYNA-nın xəbərinə görə, müraciətdə deyilir ki, hava gəmisinə yalnız reysin uçuşundan 48 saat əvvəl alınmış koronavirus (COVID-19) testi üzrə mənfi nəticə barədə arayış təqdim edən sərnişinlər buraxılır.

 

“Azərbaycan Hava Yolları” QSC-dan bildirilib ki, arayış rus və ya ingilis dillərində təqdim edilməlidir.

 

Həmçinin notarial qaydada təsdiq edilmiş rus dilinə tərcüməsi ilə Azərbaycan dilində arayışın təqdim olunmasına icazə verilir.

Azərbaycanda COVID-19 testindən keçə biləcəyiniz klinikaların siyahısı ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-clinics

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş