Azad olunan ərazilərdə bir ay ərzində aşkarlanan mina sayı açıqlanıb

Xəbərlər

04.05.2022 - 12:44

Həkimlər Klinikalar SEO Xidməti

Piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay aşkarlanan minaların sayını açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, aprelin 1-dən 30-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 341, tank əleyhinə 482 mina və 673 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 1 701.5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş