Azad ərazilərin daha 271 hektarı minalardan təmizlənib

Xəbərlər

30.05.2023 - 14:53

ANAMA azad ərazilərdəki minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan AYNA-ya bildirilib ki, mayın 22-dən 27-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 21 mina, tank əleyhinə 17 mina və 96 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həftə ərzində 271 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Müəllif: Ayna.az