16 tank əleyhinə mina, 65 piyada əleyhinə mina, 240 PHS zərərsizləşdirilib
Azad olunan ərazilərdə iyulun 7-dən 13-nə qədər 16 tank əleyhinə mina, 65 piyada əleyhinə mina, 240 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatda qeyd edilib ki, 1639,6 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş