Azad edilmiş ərazilərin 248 min hektarı minalardan təmizlənib

Xəbərlər

13.03.2026 - 11:49

Azad edilmiş ərazilərin 248 min hektarı minalardan təmizlənib. AYNA.AZ xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində 2025-ci ildə də işlər sürətlə davam etdirilib, geniş minatəmizləmə işləri aparılıb. 2025-ci ildə 69205,7 hektar, ümumilikdə isə 30 dekabr 2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərdə 248997,5 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş