“Ayın müəllimi” - Trampın şam yeməyində atəş açan şəxs repetitor olub

Dünya

26.04.2026 - 16:55

Koul Allen repetitorluq şirkəti olan “C2 Education”da çalışıb

ABŞ Prezidenti Donald Trampın qatıldığı Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allen kimi müəyyən edilib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN və “New York Post” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Allen Kaliforniya Texnologiya İnstitutunun 2017-ci il məzunudur. O mexaniki mühəndislik üzrə bakalavr dərəcəsinə malikdir. Tələbəlik illərində hətta yerli xəbərlərdə əlil arabaları üçün təcili əyləc sisteminin tərtibatçısı kimi çıxış edib.

“LinkedIn” profilinə görə, Allen repetitorluq şirkəti olan “C2 Education”da çalışıb. 2024-cü ilin dekabr ayında təşkilat onu hətta "Ayın müəllimi" seçib. Müəllimliklə yanaşı, o həm də həvəskar video oyun tərtibatçısı olub: 2018-ci ildə o “Steam”də hələ də 1.99 dollara mövcud olan müstəqil oyun yazıb.

Allen Demokrat Partiyasının tərəfdarıdır: Federal Seçki Komissiyasının qeydlərinə görə, o 2024-cü ilin oktyabr ayında Kamala Harrisin prezidentlik kampaniyasına 25 dollar bağışlayıb.

ABŞ prokuroru Janine Pirronun sözlərinə görə, hücum edən şəxs bazar ertəsi günü məhkəmə qarşısına çıxacaq. O zorakı cinayət törətməkdə odlu silahdan istifadə etməkdə və zabitə hücum etməkdə ittiham olunur.

Allen şam yeməyinin keçirildiyi Vaşinqtonda “Hilton” otelinin ziyafət zalının girişində atəş açıb. Hücum zamanı bir Məxfi Xidmət agenti yaralanıb. Güllə onun zirehinə dəyib. Agentin həyatı təhlükədə deyil. Hücum edənin motivi hələ müəyyən edilməyib. Tramp hadisəni İrandakı münaqişə ilə əlaqələndirmədiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş