Bu, “Selta”nın tarixində ən yüksək məbləğli cəza olub
İspaniyanın "Selta" futbol klubu karantin şərtlərini pozan danimarkalı yarımmüdafiəçisi Pione Sistonu cərimələyib. Bu barədə AYNA xarici KİV-ə istinadən xəbər verir.
Cərimə 60 min avro təşkil edib ki, bu, “Selta”nın tarixində ən yüksək məbləğli cəza olub. 25 yaşlı oyunçuya qarşı sanksiyalar koronavirus pandemiyası zamanı, klubun icazəsi olmadan öz maşınında Kopenhagen şəhərinə getməsi səbəbindən tətbiq olunub.
Qeyd edək ki, Sisto “Selta”ya Danimarkanın “Midtyullan”ından keçib. Transfer 2016-cı ilin yayında baş tutub.