Axtarışda olan 34 nəfər saxlanılıb

Xəbərlər

27.04.2021 - 13:06

Ötən gün törədilmiş 37 cinayətin üstü “isti izlər”lə açılıb

 

Daxili İşlər Nazirliyi (DİN) aprelin 26-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

 

DİN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, daxili işlər orqanları ötən gün ərzində törədilmiş 37 cinayətin üstünü “isti izlər”lə açıblar.

 

Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş 1 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyənləşdirib.

 

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Müəllif: Ayna.az