Avstriya Macarıstan və Slovakiya ilə 24 sərhəd-keçid məntəqəsini bağlayıb

Dünya

06.04.2025 - 18:29

Həkimlər Klinikalar SEO Xidməti

Avstriya dabaq epidemiyasına görə Macarıstan və Slovakiya ilə 24 sərhəd-keçid məntəqəsini bağlayıb.

AYNA.AZ-ın xəbərinə görə, bu barədə “Euronews” məlumat yayıb.

Slovakiyada 3 fermada dabaq infeksiyası aşkarlandıqdan sonra aprelin 2-də fövqəladə vəziyyət elan olunub. Aprelin 2-də Macarıstanda son 50 ildə ilk dəfə bu xəstəliyə yoluxma aşkarlanıb.

Dabaq xəstəliyi insan üçün təhlükə yaratmır, xüsusən iribuynuzlu mal-qara, o cümlədən donuzlar, qoyun və keçilər üçün təhlükəlidir.

Avstriya səhiyyə orqanları Macarıstan və Slovakiya ilə hazırda açıq olan sərhəd-keçid məntəqələrində ciddi yoxlamalar aparır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş