İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub
Niderland Krallığının Rotterdam şəhərində “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.
AYNA xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, səsvermə zamanı 524 xal toplayıb.
“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.
Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə yarışmanı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.
Qeyd edək ki, müsabiqədə ümumilikdə 39 ölkə iştirak edib. Müsabiqənin yarımfinalları mayın 18-də və 20-də keçirilib.. Müsabiqənin yarımfinalları mayın 14-də və 16-da başa çatıb. 2012-ci ildə Azərbaycanın da uğurla ev sahibliyi etdiyi müsabiqə 65-cü dəfədir təşkil edilir. Ötən il “Avroviziya” mahnı müsabiqəsi pandemiya səbəbindən təxirə salınıb.