Azərbaycandır bura – Maraqlı <font color=red> VİDEOÇARX</font>

Maraqlı

18.01.2021 - 15:06

Həkimlər Klinikalar SEO Xidməti

Fərid Nəsibzadə: “Məqsədimiz şəhidlərimizi anmaq, Ana Vətənimizin səsini Türk dünyasına çatdırmaqdır”

 

"Laboratory of Art" incəsənət platformasının üzvləri maraqlı təşəbbüslə çıxış ediblər. Onların hazırladıqları videoçarx və onun fonunda səsləndirdikləri şeir sosial şəbəkələrdə maraq və alqışla qarşılanıb. 

 

“Azərbaycandır bura” layihəsinin ideya müəllifi Fərid Nəsibzadə, şeirin müəllifi Sevinc İbrahim Nur, rejissoru Kərim Rəhimovdur, səs aranjmanı Namiq Zeynalova məxsusdur. Şeiri qiraət edənlər isə peşəkar qiraətçilər Məryəm Rövşən, Zeynəb Axundova, Əli Rövşən və layihənin rəhbəri Fərid Nəsibzadədir.

Şəkildə bunlar ola bilər: Farid Nasibzade

“Bu videoçarxı hazırlamaqda məqsədlərimiz Çingiz Mustafayevin, Mübariz İbrahimovun, Polad Həşimovun timsalında şəhidlərimizi, igidlərimizi anmaq, Ana Vətən Azərbaycanımızın səsini Türk dünyasına, dost ölkələrə çatdırmaqdır”, - deyə F.Nəsibzadə AYNA-ya bildirib.

 

O, əlavə edib ki, “Azərbaycandır bura” layihəsi Qarabağ zəfəri münasibətilə xalqımıza hədiyyədir: “Gələcəkdə Vətənimizi tərənnüm edəcək mövzulara toxunaraq, müxtəlif bu tərzli vidoeçarxlar hazırlayıb təqdim etmək niyyətindəyik”.

 

Həmin videoçarxı təqdim edirik:

Müəllif: Ayna.az