Avropada COVID-19-a qarşı daha bir vaksinə icazə verilib

Aktual

24.06.2022 - 09:43

Bununla da Aİ-də istifadə edilən vaksin sayı altıya çatıb

Avropa Dərman Agentliyi koronavirus əleyhinə “Valneva” vaksininin tətbiqinə icazə verib. AYNA xəbər verir ki, Agentlik Avstriya-Fransa birgə istehsalı olan preparatın yetkinlik yaşına çatanlara tətbiqini tövsiyə edib. Bununla da Aİ-də istifadə edilən vaksin sayı altıya çatıb.

Qeyd olunur ki, zəiflədilmiş viruslar əsasında hazırlanan vaksin müasir texnologiyaya əsaslanır. Preparatdan daha əvvəl digər vaksinlə peyvənd olunmuş şəxslər də istifadə edə bilər. Artıq istehsalçı şirkətlə vaksin alışına dair müqavilə imzalanıb.

Müəllif: Ayna.az