Avropa ölkələri dron proqramı ilə bağlı razılığa gəlib

Dünya

21.02.2026 - 10:28

Britaniya, Fransa, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri Krakov şəhərində məsələni müzakirə ediblər

Avropanın 5 ölkəsi qitənin hava məkanının qorunması üçün yeni dron proqramı ilə bağlı razılığa gəlib. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Britaniya, Fransa, Almaniya, İtaliya və Polşanın müdafiə nazirləri Krakov şəhərində məsələni müzakirə ediblər.

Nazirlər dronların çox baha başa gələn hava hücumundan müdafiə sistemlərinə alternativ olduğunu bildiriblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş