Avropa Məhkəməsi Rauf Mirqədirovla bağlı qərar verib

Xəbərlər

17.09.2020 - 15:24

cedabet dərman SEO Xidməti

Jurnalistə 20 min avro məbləğində təzminat ödəməsi müəyyən olunub

 

Jurnalist, siyasi icmalçı Rauf Mirqədirovun Azərbaycan və Türkiyəyə qarşı şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı elan olunub. AYNA bildirir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib.

 

Vəkil bildirib ki, qərara əsasən, R.Mirqədirovun həbsi üçün əsaslı şübhənin mövcud olmaması, onun məhkəmə qərarı olmadan həbsdə saxlanılması, yerli məhkəmələrin onun azad edilməsini əsaslandıran dəlilləri qiymətləndirməmələri, təqsirsizlik prezumpsiyasının, şəxsi həyat və ailə həyatına hörmət hüququnun pozulması müəyyən edilib.Buna görə də, Azərbaycan hökumətinin Mirqədirova 20 min avro məbləğində təzminat ödəməsi müəyyən edilib.

 

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunduqdan sonra “dövlətə xəyanət” ittihamı ilə həbs edilib.

 

Özünə qarşı olan ittihamları heç vaxt qəbul etməyən jurnalistə 2015-ci ilin dekabrında Bakı Ağır Cinayətlər Məhkəməsi 6 il həbs cəzası verib. Həmin ilin martında isə Bakı Apellyasiya Məhkəməsi Mirqədirovla bağlı hökmü dəyişdirərək 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib və o, məhkəmə zalından azadlığa buraxılıb. Jurnalist hazırda Avropada mühacir həyatı yaşayır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş