Avropa İttifaqı və Hindistan Hind okeanında birgə təlimlər keçirəcək

Dünya

30.05.2025 - 10:36

cedabet dərman SEO Xidməti

“Aİ və Hindistan Hind-Sakit okeanda azad, açıq və qaydalara əsaslanan dəniz nizamının güclü tərəfdarıdır”

Avropa İttifaqı (Aİ) və Hindistan iyunun 1-dən 3-dək Hind okeanında birgə hərbi dəniz təlimləri keçirəcək. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, təlimlər iyunun 1-dən 3-dək keçiriləcək.

Təlimlərə Hindistan Hərbi Dəniz Qüvvələrinin gəmiləri, eləcə də Aİ-nin ATALANTA əməliyyatında iştirak edən iki freqatı – İtaliyanın “Antonio Marceglia” və İspaniyanın “Reina Sofia” gəmilərini cəlb ediləcək.

Təlimlərdə əsas diqqət dəniz quldurluğuna qarşı əməliyyatlar, qarşılıqlı fəaliyyət və ekipajlar arasında ünsiyyət protokolları üzrə olacaq.

“Aİ və Hindistan Hind-Sakit okeanda azad, açıq və qaydalara əsaslanan dəniz nizamının güclü tərəfdarıdır”, - deyə rəsmi kommünikedə deyilir.

Tərəflər bundan əvvəl Qvineya və Ədən körfəzlərində birgə təlimlər keçiriblər. Hindistan gəmiləri həmçinin dəniz quldurluğu, silah qaçaqmalçılığı və digər dəniz təhdidləri ilə mübarizə üçün 2008-ci ildə yaradılmış ATALANTA Əməliyyatı vasitəsilə əlaqələndirilmiş Ümumdünya Ərzaq Proqramı üçün gəmiləri müşayiət edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş