Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları ləğv etməyəcək: 16-cı paket hazırlanır

Dünya

19.02.2025 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

“Brüssel Tramp administrasiyasının qərarlarından asılı olmayan sanksiyalar siyasətini həyata keçirəcək”

“ABŞ bu addımı atsa belə, Avropa İttifaqı Ukraynaya təcavüzünə görə Rusiyaya qarşı sanksiyaları ləğv etmək fikrində deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa Komissiyasının İqtisadiyyat və Məhsuldarlıq, Tətbiq və Sadələşdirmə üzrə Avropa Komissarı Valdis Dombrovskis İqtisadiyyat və Maliyyə Məsələləri Şurasının Brüsseldə keçirilən iclasından əvvəl deyib.

Bildirib ki, “Brüssel Tramp administrasiyasının qərarlarından asılı olmayan sanksiyalar siyasətini həyata keçirəcək”.

“ABŞ-ın yeni administrasiyasının siyasətini nəzərə alaraq, Aİ öz təhlükəsizliyi məsələsini öz əlinə almalıdır. Bu, sanksiyalar siyasətinə də aiddir. Bilirsiniz ki, hazırda 16-cı paket üzərində iş gedir", - Dombrovskis vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş