Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha bir il uzadıb

Dünya

23.02.2026 - 19:10

"Məhdudlaşdırıcı tədbirlər haqqında qərar 24 fevral 2027-ci ilə qədər uzadılmalıdır"

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri 24 fevral 2027-ci ilə qədər uzadıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, müvafiq qətnaməsi 23 fevralda Aİ-nin rəsmi jurnalında dərc edilib.

Sənəddə qeyd olunub ki, "məhdudlaşdırıcı tədbirlər haqqında qərar 24 fevral 2027-ci ilə qədər uzadılmalıdır".

Qeyd olunub ki, Aİ əvvəllər tətbiq edilmiş bütün tədbirləri saxlamağı məqsədəuyğun hesab edir. Yenilənmiş qərar dərc edildikdən sonrakı gün - 24 fevral 2026-cı ildə qüvvəyə minəcək.

Bundan əlavə, Aİ səkkiz Rusiya vətəndaşına qarşı sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudlaşdırıcı tədbirlərə üç cəzaçəkmə müəssisəsinin rəhbəri, məhkəməyəqədər təcridxananın rəisi, iki hakim, bir prokuror və bir baş müstəntiq daxildir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş