Avropa İttifaqı miqrasiyanı tənzimləyəcək: yeni qanun hazırlanır

Dünya

15.10.2024 - 14:19

Həkimlər Klinikalar SEO Xidməti

Avropa Komissiyası miqrantların ölkələrinə göndərilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayır

Avropa Komissiyası (AK) Avropa İttifaqında (Aİ) qalmaq hüququ olmayan miqrantların ölkələrinə göndərilməsi qaydalarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi hazırlayır. AYNA xəbər verir ki, bu barədə AK rəhbəri Ursula fon der Leyenin 14 oktyabr axşamı dərc olunmuş Aİ ölkələrinə məktubunda qeyd olunub.

Leyen məktubda bildirib ki, qanun layihəsinin "qovulmalarla bağlı aydın əməkdaşlıq öhdəliklərini" ehtiva etməsi və qeyri-qanuni mühacirlərin ölkələrinə göndərilməsi prosesini "effektiv şəkildə sadələşdirməli" olması gözlənilir.

AK rəhbərinin sözlərinə görə, Aİ öz fəaliyyətlərinin effektivliyini artırmaq üçün “yeni hüquqi bazaya ehtiyac duyur”. Ölkələr “uyğunlaşma və etimad səviyyəsi” yaratmalıdır ki, hər bir Aİ-yə üzv dövlət digərinin qərarını tanısın”. Bu, “bir ölkədə geri qaytarılma əmrinə tabe olan miqrantların başqa bir Aİ ölkəsində olarkən deportasiyadan qaçmaq üçün sistemdəki boşluqlardan istifadə edə bilməyəcəyini” təmin edəcək.

2024-cü ilin əvvəlində uzun müzakirələrdən sonra Aİ ölkələri Ümumi Avropa Sığınacaq Sisteminin (CEAS) islahatına dair razılığa gəliblər. CEAS 2019-cu ildə yaradılıb. Digər məsələlərlə yanaşı, Aİ-də qalmaq hüququ olmayan miqrantların deportasiyası qaydalarının sərtləşdirilməsini nəzərdə tutur. İslahat artıq Aİ-nin xarici sərhədində sığınacaq üçün müraciətə tez bir zamanda baxmağa imkan verir. Bəzi müşahidəçilər 2026-cı ildə qüvvəyə minəcək yeni qaydaları insan hüquqlarını pozan hal kimi tənqid edirlər.

Müəllif: Ayna.az