Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlər imzalanacaq

Xəbərlər

09.12.2022 - 17:31

Peter Mixalko: “Biz korrupsiyaya və insan alverinə qarşı mübarizədə əməkdaşlıq edirik”

Avropa İttifaqı ilə Azərbaycan eyni dəyərlərin təbliğinə çalışır. Avropa Şurası və Avropa İttifaqı bir-birini tamamlayan təşkilatlardır. Azərbaycan və Avropa İttifaqı yeni sazişlərin imzalanması üçün danışıqları davam etdirir.

AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko söyləyib.

Mixalko qeyd edib ki, Avropa İttifaqı Avropa Şurası ilə Azərbaycan arasında imzalanan sənədlərə öz töhfəsini verir.

“Biz korrupsiyaya və insan alverinə qarşı mübarizədə əməkdaşlıq edirik”, - deyə o əlavə edib.

Müəllif: Ayna.az