Avropa İttifaqı Gürcüstanı 121 milyon avroluq yardımdan məhrum edib

Dünya

18.10.2024 - 15:12

Həkimlər Klinikalar SEO Xidməti

Pavel Qerçinski: “Hökumət kursu dəyişməsə, Gürcüstan daha çox itirəcək”

Gürcüstan Avropa İttifaqının (Aİ) yardımından 121 milyon dollar itirib. AYNA gürcü müdiasına istinadən bildirir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

“Biz bu rəqəmi keçən həftə açıqladıq. Gürcüstan Aİ yardımından 121 milyon dollar itirdi və bu, yalnız davamlı dəstəyə aiddir. Hökumət kursu dəyişməsə, Gürcüstan daha çox itirəcək. Əgər gürcülər öz səsləri ilə Aİ-yə üzvlük yoluna davam etməmək qərarına gəlsələr, o zaman Gürcüstan Aİ-yə daxil olmaqdan əvvəlki dövrə yönəlmiş tam maliyyə dəstəyini itirəcək. O zaman Gürcüstan Aİ-nin yeni üzvlərinin, xüsusən də iqtisadi inkişafı aşağı olan ölkələrin alacağı bütün pulları itirəcək”, - səfir qeyd edib.

“Aİ-yə üzvlük sülhün, sabitliyin, inkişafın və rifahın qarantıdır, lakin seçim gürcülərindir. Öz ölkənizin gələcəyini, onun necə olmasını istədiyinizə özünüz qərar verəcəksiniz”, - deyə Qerçinski fikrini tamamlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş