Missiyanın azı iki illik müddətə göndərilməsi nəzərdə tutulub
Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. AYNA erməni mediasına istinadən bildirir ki, missiyanın azı iki illik müddətə göndərilməsi nəzərdə tutulub.
“Avropa İttifaqının Siyasət və Təhlükəsizlik Komitəsi bu barədə layihəni ötən həftə qəbul edib. Keçən ilin oktyabrında Azərbaycan-Ermənistan sərhədinə göndərilən 40 nəfərlik qrup kimi, budəfəki missiya da Ermənistan ərazisində yerləşəcək”, - deyə xəbərdə qeyd olunub,.
Müşahidəçilərin sayı rəsmi olaraq açıqlanmasa da, missiya üzvlərinin 200 nəfərdən ibarət olacağı vurğulanır.