“Atlas”ın sorğusu: 70 faiz sülh sazişinin imzalanmalı olduğunu düşünür

Xəbərlər

01.02.2024 - 15:14

Respondentlərin 41 faizdən çoxu hesab edir ki, sülh sazişi bu il imzalanmayacaq

“Atlas“ Araşdırmalar Mərkəzi Milli Məclisin deputatları, siyasi ekspertlər və jurnalistlər arasında sorğu keçirib. AYNA xəbər verir ki, bu barədə Mərkəzdən bildirilib.

Bildirilib ki, Ermənistanla münasibətlərin normalaşdırılması və “Qafqaz evi“ ideyasının reallaşması ilə bağlı suala cavab  verən respondetlərin 70,7 faizi hesab edir ki, Azərbaycan və Ermənistan arasında tez bir zamanda sülh sazişi imzalanmalıdır.

“Ermənistanla diplomatik əlaqələr qurulmalıdırmı” sualına müsbət cavab verənlərin sayı isə yalnız 17,9 fazi olub. Ölkə ictimaiyyətinin yalnız 10,3 faizi hesab edir ki, kommunikasiya xətlərinin açılması münasibətlərin inkişafına müsbət təkan verəcək.     

Sülh sazişinin imzalanması ilə sualı cavablandıran ictimaiyyət nümayəndələrinin 41,1 faizi hesab edir ki, sülh sazişi bu il imzalanmayacaq. 37,9 faiz isə əksinə, hesab edir ki, sülh sazişi ilin sonuna qədər imzalanacaq. Yalnız 15,5 faiz hesab edir ki, sülh sazişi tezliklə, bu ilin sonuna kimi imzalanacaq.  

Danışıqların formatına gəldikdə isə respondetlərin çox böyük hissəsi, 91,6 faizi hesab edir ki, tərəflər vasitəçisiz, birbaşa danışıqlara üstünlük verməlidir. 3,2 faiz danıqların Tiflisdə aparılmasının məqsədəuyğun olduğunu açıqlayıb. Danşıqların Qərb – Rusiya formatına gəldikdə isə 3,2 faiz danışıqların ABŞ vasitəçiliyi aparılmasının sülhə kömək edəcəyini bildirib. Rusiyanın vasitəçiliyinə müsbət baxanların sayı isə yalnız 1 faiz təşkil edib.  Azərbaycan – Avropa münasibətlərinin gərginləşməsindən əvvəl ən uğurlu formatlardan sayılan Brüssel formatına olan inam yoxa çıxıb. Maraqlıdır ki, sorğuda iştirak edənlərdən bu formatı dəstəkləyən tapılmayıb.   

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş