ATƏT sədri Azərbaycan XİN başçısı ilə regiondakı vəziyyəti müzakirə edib

Xəbərlər

18.11.2021 - 15:19

Həkimlər Klinikalar SEO Xidməti

Ann Linde: “Tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım”

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

AYNA-nın xəbərinə görə, Ann Linde tviter səhifəsində yazıb ki, telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.

ATƏT sədri qeyd edib ki, tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırıb: “Minsk Qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş