Atanın oğulu qətlə yetirməsi barədə rəsmi məlumat

Hadisə

02.01.2020 - 12:59

Həkimlər Klinikalar SEO Xidməti

Daxili İşlər Nazirliyi Göygöldə baş verən qətllə bağlı açıqlama yayıb

 

Yanvarın 1-i saat 15 radələrində, əvvəllər məhkum olunmuş Y.Bayramovun yaşadığı Nadil kəndindəki evin yanması və həyətində oğlu Mahirin qətlə yetirilmiş meyitinin olması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Göygöl rayonunun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

 

Hadisə yerinə baxış zamanı evin 90 kv. metr sahədə 4 otağının və çardaq hissəsinin yanar konstruksiyalarının yanması müəyyən edilib, yaxınlıqdakı əkin sahəsində isə həmkəndlisi olan oğlu Mahirin ov tüfəngindən yetirilmə xarakterli xəsarəti olan meyiti tapılmış və hadisə yerinin yaxınlığında 2 ədəd giliz aşkar edilərək götürülüb.

 

Hadisəni münaqişə zəminində törətmiş atası Yaşar könüllü olaraq Səbail RPİ 9-cu PB-yə gəlib cinayəti törədərkən istifadə etdiyi 1 ədəd lüləsi kəsilmiş “İJ-16” markalı tüfəngi və 8 ədəd patronu təhvil verib.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş