Ata həbsdə olan oğluna qəndin içində narkotik keçirmək istədi

Xəbərlər

07.07.2022 - 12:20

Həkimlər Klinikalar SEO Xidməti

Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən AYNA-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nişad Abbas oğlu Musayevə atası Göyçay rayon sakini Abbas Sabir oğlu Musayev tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı kəllə qəndlərin içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 1,636 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,684 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş