Astarada dənizdə batan 29 yaşlı gəncin meyiti tapılıb

Hadisə

25.08.2024 - 17:49

Həkimlər Klinikalar SEO Xidməti

Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib

Astarada dənizin nəzarətsiz sularında boğulan 29 yaşlı Şamxal Həsənzadə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

AYNA-nın xəbərinə görə, əmisi İdrak Həsənov APA-ya deyib ki, Şamxal nişanlı olub və payızda toyu olacaqdı.

"O dünən nişanlısı və qayınanasını evlərinə qoyub. Sonra dostları ilə dənizə çimməyə gedib. Dostlarla birlikdə dənizdə çimərkən Şamxal suda itib. Dostları qışqıraraq onu səsləyiblər. Axtarışların nəticəsiz olduğunu görənlər aidiyyəti üzrə məlumat veriblər".

Nəhayət, dənizin nəzarətsiz sularında batan 29 yaşlı Şamxal Həsənzadənin meyiti tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş