AŞPA Rusiyada ukraynalı əsirlərə verilən işgəncə faktlarından şoka düşüb

Dünya

03.10.2024 - 10:54

Həkimlər Klinikalar SEO Xidməti

“Sistematik döyülmə, elektrik cərəyanından istifadə və zorlama halları da qeydə alınıb”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) oktyabrın 2-də qəbul etdiyi qətnamədə dünya ictimaiyyəti beynəlxalq humanitar hüququ kobud şəkildə pozan Rusiyanın ukraynalı hərbi əsirlər və mülki şəxslər mövzusuna kifayət qədər diqqət yetirib. AYNA xarici mediaya istinadən bildirir ki, AŞPA-nın “Rusiya Federasiyasının Ukraynaya qarşı aqressiv müharibəsi nəticəsində itkin düşmüş şəxslər, hərbi əsirlər və əsir götürülmüş mülki şəxslər” adlı sənədinə əsasən, çoxsaylı “beynəlxalq mexanizmlər” ukraynalı hərbçilər və mülki əsirlərin “sistemli şəkildə işgəncələrə məruz qaldığını” sübuta yetirib. ”

AŞPA deputatları hesab edirlər ki, Avropa Şurası (AŞ) bu mövzunun bütün AŞ üzv ölkələrinin və tərəfdaşlarının siyasi gündəmində qalması üçün mümkün olan hər şeyi etməlidir.

Qətnamədə deyilir ki, yalnız bu yolla “Rusiya əsirliyində olan ukraynalıların harada olduğunu öyrənmək, onların dərhal azad edilməsini asanlaşdırmaq və Rusiyanın məsuliyyətə cəlb olunmasını təmin etmək olar”.

AŞPA-nın sənədinə əsasən, 2024-cü il sentyabrın 18-nə olan məlumata görə, 65 min 956 Ukrayna hərbi qulluqçusu və mülki şəxs itkin düşmüş və ya əsir götürülmüş hesab olunur. Onlardan 50 min 916 nəfər təsdiqlənmiş məlumatlara əsasən, itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.

Qərarda Ukrayna Baş Prokurorluğunun məlumatlarına əsasən, “Ukraynalı hərbi əsirlər üçün 49 və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində 16 daimi saxlama məntəqəsi, habelə mülki Ukrayna vətəndaşlarının saxlanılması üçün 6 yer” aşkar edilib. Assambleya ukraynalıların bu həbs yerlərində işgəncələrə məruz qalması ilə bağlı təqdim olunan sübutlardan “şoka düşüb”.

“Qeyri-kafi və keyfiyyətsiz qidalanma, lazımi tibbi yardım göstərilməməsi ilə yanaşı, sistematik döyülmə, elektrik cərəyanından istifadə və zorlama halları da qeydə alınıb. Həmçinin antisanitar yaşayış şəraiti, alçaldılma, həddən artıq sərt şərait və şifahi təhqirlər barədə məlumatlar var”, - qətnamədə deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş