AŞPA-da Ermənistanın Tovuz təxribatı müzakirə olunub

Siyasət

14.09.2020 - 13:07

Səməd Seyidov: “Qarabağ alt komitəsinin fəaliyyətinin yenidən aktivləşməsi gündəmə gəlir”

 

Türkiyə ilə Azərbaycan arasında viza rejimi gələcəkdə tam qalxa bilər. AYNA xəbər verir ki, bu barədə Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında komitə sədri Səməd Seyidov bildirib. Seyidov deyib ki, iki qardaş ölkə ilə münasibətlərin səviyyəsi buna imkan verir.

 

Seyidov onu da qeyd edib ki, Azərbaycanın müraciətləri və AŞPA Prezidentinin tövsiyəsi əsasında AŞPA-nın Siyasi, İnsan Haqları Monitorinq komitəsində Ermənistanın Tovuz istiqamətində təxribatı müzakirə olunub: “AŞPA üzvlərinin əksəriyyəti bu müzakirələrin davam etdirilməsini vacib sayıb. AŞPA-da Qarabağ alt komitəsinin fəaliyyətinin yenidən aktivləşməsi gündəmə gəlir”.

 

“Biz beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ münaqişəsinin açıq müzakirə olunmasını vacib sayırıq. Azərbaycanın mövqeyi haqlıdır. Oktyabrın 6-da biz onlayn şəkildə İtaliya Parlamentinin Xarici əlaqələr komitəsinin üzvləri ilə Ermənistanın təxribatı, Ermənistan-Azərbaycan münaqişəsini müzakirə edəcəyik”, - deyə komitə sədri vurğulayıb.

Müəllif: Ayna.az